Qadınlar daha çox hansı sahələrdə işləyir?

17:23 | 06.03.2015
Qadınlar daha çox hansı sahələrdə işləyir?

Qadınlar daha çox hansı sahələrdə işləyir?

1 mart tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1 261 613 ədəddir.
 
Fins.az-ın nazirlikdən aldığı məlumata əsasən, onların təqribən 47 faizi, yəni  592 275 ədədi məhz qadınlarla bağlanan əmək müqavilələridir.  
 
 
Bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 377 əmək müqaviləsinin 53,4%-i, 45-49 yaşlarında olan şəxslərlə  bağlanılmış 142 173 əmək müqaviləsinin 54,1%-i, 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 51,6%-i qadınlarla bağlanıb.
 
 
Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,1%-i, ali təhsilli şəxslərin 47,8%-i, orta ixtisas təhsilli şəxslərin 61,4%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır.
 
 
Hazırda ölkəmizdə qadınların çalışdığı əsas fəaliyyət sahələri təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Başqa sözlə, təhsil, səhiyyə və sosial xidmətlər sahələrində əmək müqaviləsi bağlanılanların 76%-78%-ini qadınlar təşkil edir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM