"Qalatasaray" - "Fənərbağça" oyunu aprelin 6-sı keçirilə bilər

11:30 | 23.03.2016

"Qalatasaray" - "Fənərbağça" oyunu aprelin 6-sı keçirilə bilər

Daha öncə təxirə salınmış "Qalatasaray" - "Fənərbağça" oyunu aprelin 6-sı baş tuta bilər.
 
Trend-in Haber 7 qəzetinə istinadən verdiyi məlumata əsasən, Türkiyə Futbol Federasiyası hər iki komandanın qrafiki sıx olduğundan məhz bu tarixi nəzərdən keçirir. Həmçinin qeyd olunur ki, matçın çempionatın nəticəsinə birbaşa təsir edəcəyindən, oyunun tez bir zamanda keçirilməsi planlaşdırılır.
 
Xatırladaq ki, Türkiyə Superliqasının 26-cı turu çərçivəsində martın 20-i keçirilməli olan "Qalatasaray” - "Fənərbağça” oyunu mümkün terror təhlükəsi ilə əlaqədar təxirə salınmışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb