“Qalatasaray”ın oyunçusu İspaniyada Xəlifə elan olundu

01:55 | 28.10.2014
“Qalatasaray”ın oyunçusu İspaniyada Xəlifə elan olundu

“Qalatasaray”ın oyunçusu İspaniyada Xəlifə elan olundu

“Qalatasaray”ın İspaniyanın “Malaqa” klubuna icarəyə verdiyi Nordin Amrabat Əndəlüs xəlifəsi elan olunub. 

Axar.az xəbər verir ki, “Rayo Valyekano” ilə qarşılaşmada vurduğu qolla La Liqaya damğa vuran futbolçu “La Opinion de Malaga” qəzeti tərəfindən Əndəlüs xəlifəsi elan olunub.

 

Qarşılaşmada bir qol vuran və iki ötürmə ilə yaddan qalan futbolçu ispan mətbuatının əsas müzakirə mövzusu olub.

 

“Marca” qəzeti isə “Malaqanın ən yaxşı futbolçusunu sizin səsiniz ilə seçirik” adlı sorğu keçirib. Sorğuya qatılanlar mərakeşli futbolçunu 62 faiz səslə klubun ən yaxşı oyunçusu seçib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb