"Qanun" nəşriyyatından 3 kitab birdən!

18:43 | 18.03.2015

"Qanun" nəşriyyatından 3 kitab birdən!

Bu gün Qanun nəşriyyatında 3 kitab yayıma göndərildi. Bunlar Nəriman Əbdülrəhmanlı "Könül Elçisi” , Andrey Platonov "Kotlovan” və Seyfulla Aslanov "İstintaq Sirri” kitablarıdır.

Avropada əfsanəyə çevrilən Oruc bəy Bayatın hekayəti

Avropada görkəmli şair, yazıçı rəssam kimi tanınmış və İspaniyanın dünyaşöhrətli yazarı Migel De Servanteslə dostluq münasibətlərində olmuş Azərbaycanlının həyat hekayəsi. 


Bu kitab 17-ci əsr son dərəcə maraqlı səyahətdir hesab edilir. 

Dünya –  yaşam deyilən şey sirr içində sirrdir...

Yoxsa mövcudluğun mənası olmazdı...

N.Əbdülrəhmanlının bu tarixi bestselleri Səfəvi hökmdarı I Şah Abbasın 1599-1601-ci illərdə Moskov çarlığına və Avropa ölkələrinə göndərdiyi səfarət barədə, səfarətin birinci katibi, zəmanəsinin gözəl təhsil görmüş adamlarından olan, döyüşçü, şair, rəssam, Qərbdə Don Xuan de Persia adıyla tanınan Oruc bəy Bayatın ömür hekayəti haqqındadı.
Həqiqətən birnəfəsə oxunan romanda siyasi qarşıdurmalar, xəyanətlər, qətllər, fırıldaqlar, əzablarla yanaşı gözəl eşq macəraları da var...



Platonovun şah əsəri Kotlovan ilk dəfə Azərbaycan dilində

Sovetlər dövrünun kədəri ən güclü formada onun qələmində təsvir olunub. 

Platonov Sovetlər dağılandan sonra yenidən kəşf edilmiş yazıçıdır. Sovet dövrünün ideoloji tələbatına cavab vermədiyi üçün uzun illər qadağan olunmuşdu. Kotlovan əsəri isə bir başa Stalin kollektivləşdirilməsi əleyhinə yazılmış əsərdi. 

Rus yazıçısı Andrey Platonovun 1930-cu ildə yazdığı «Kotlovan» romanı müəllifin ən parlaq əsərlərindən biridir. Bu əsər o zamanlar yazılıb ki, bütün sovet nasirləri kollektivləşmədən, sosializm quruculuğundan, əmək romantikasından, sinfi mübarizədən böyük epopeyalar yaradırdılar. Ancaq Platonov dövrün gerçəkliklərinə başqa prizmadan yanaşıb, hər şeyi olduğu kimi verməyə çalışıb. Müəllif «Kotlovan»da ölkənin düşdüyü çuxuru, insanların bu çuxurdan çıxmaq üçün çabalamalarını, ümidsizliklərini, çətinliklərin öhdəsindən gəlmək üçün yetərli gücləri olmadığını aydın şəkildə göstərib.

Tərcümə: Aysel Əlizadə


Aslanov Seyfulla.  İstintaq sirri

Cinayət mühakimə icraatında konfidensiallığın hüquqi tənsimlənməsi – milli qanunvericilik və İnsan Hüquqları üzrə Avropa Məhkəməinin present hüququ

Vəsait Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası zəminində hazırlanmışdır. Vəsaitdə cinayət mühakimə icraatında konfidensiallığın (dövlət sirrinin, şəxsi, ailə, mənzil və yazışma, eləcə də kommersiya, peşə və istintaq sirrinin) mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi və istintaq təcrübəsinin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun müddəalarına uyğunluğu məsələləri araşdırılmış, müqayisəli təhlillər aparılmış, konkret normaların tətbiqi ilə əlaqədar müvafiq şərhlər, təkliflər və izahlar verilmişdir.

Ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyətində informasiya və biliklər ən mühüm resursdur. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun təhlükəsizlik səviyyə­sindən asılı olur.

Bu nəşr cinayət mühakimə icraatında informasiya təhlükəsizliyi və konfi­densiallığın hüquqi tənzimlənməsi – milli qanunvericilik və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbi­qinə dair metodik vəsait kimi həmin sahədə işlənib hazırlanmış ilk tədqiqat əsəridir. Çox ehtimal ki, bu vəsait qeyd edilən istiqamətdə hüquq-mühafizə orqanları əməkdaşlarının, o cümlədən bu orqanların kadr korpusunda xüsusi çəkisi ilə fərqlənən gənclərin hüquqi biliklərinin və peşə qabiliyyətinin artırılmasında müəyyən rol oynayacaq, bu sahədə yüksək keyfiyyət göstəricilərinə malik yeni hüquq ədəbiyyatı nümunələri hazırlanması işini stimullaşdıracaqdır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb