• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

“Qarabağ” İngiltərə Premyer Liqasından oyunçu alır

“Qarabağ” İngiltərə Premyer Liqasından oyunçu alır
02.09.2019 14:09
Avropada transfer pəncərəsinin bağlanmasının sonuncu günü "Qarabağ” yeni qapıçı alır.

Anews.az "Qol.az"a istinadən xəbər verir ki, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə cəlb edir. Bosniya millisinin 32 yaşlı qapıçısı ilə 1 illik icarə müqaviləsi imzalamaq üzrədir. Tərəflər arasında danışıqların son mərhələyə çatdığı, yaxın saatlarda transferlə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda "Çelsi”, "Stok Siti”, "Portsmut”, "Yovil Taun”, "İpsviç Taun”, həmçinin Belçikada "La Luvyer” komandalarında da oynayıb.

Şehiç niyə transfer edilmədi?

Qol.az-ın əldə etdiyi xəbərə görə, "Qarabağ” Bosniya millisinin başqa qapıçısı İbrahim Şehiçi də almaq istəyib. Məşqçilər heyəti hesab edib ki, Şehiçin komandaya uyğunlaşması çox zaman aparmayacaq. Futbolçu özü də yenidən Azərbaycanda oynamağa razılıq verib. Lakin onun hazırkı klubu "Ərzurumspor” (Türkiyə) yüksək təzminat tələb etdiyindən "Qarabağ” türk klubu ilə danışıqları dayandırıb. Ona görə də "Qarabağ" transfer siyahısında olan digər qapıçı Asmir Beqoviçlə danışıqlar apararaq onunla razılıq əldə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
İdman 15:42
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
İdman 14:39
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
UEFA “Ayntraxt”ı cərimələyib
İdman 15:53
UEFA “Ayntraxt”ı cərimələyib
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İdman 13:36
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
İdman 22:30
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
Azərbaycanlı hakim-inspektor Konfrans Liqası matçına təyinat aldı
İdman 19:30
Azərbaycanlı hakim-inspektor Konfrans Liqası matçına təyinat aldı
Azərbaycanın qadın güləşçisi İslamiadanın qalibi olub
İdman 22:01
Azərbaycanın qadın güləşçisi İslamiadanın qalibi olub
Əli Əsədov WA prezidenti ilə görüşüb
İdman 19:10
Əli Əsədov WA prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol