Qarabağ separatçıları ilə bağlı istintaq yekunlaşıb - Kamran Əliyev

11:17 | 05.09.2024
Qarabağ separatçıları  ilə bağlı istintaq yekunlaşıb - Kamran Əliyev

Qarabağ separatçıları ilə bağlı istintaq yekunlaşıb - Kamran Əliyev

Qarabağ separatçılarına qarşı başlanan cinayət ili ilə bağlı istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda məhkəməyə təqdim olunacaq. Bu barədə Azərbaycanın baş prokuroru Kamran Əliyev Rusiya mətbuatına verdiyi müsahibəsində bildirib. 

"Biz cinayət işinin materialları ilə - həm təqsirləndirilən şəxslərlə, həm də zərərçəkmişlərlə tanış oluruq. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün bu istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”, - baş prokuror bildirib.

Bu illər ərzində Azərbaycanın Baş Prokurorluğu tərəfindən 15 Qarabağ separatçısına qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa verilib. 2023-cü ilin sentyabrında yerli antiterror əməliyyatından sonra separatçılar saxlanılaraq Bakıya aparılıb və istintaqa təhvil verilib.

Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədi ilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Bu ilin iyununda hakimiyyət orqanları onların işi üzrə istintaqın başa çatdığını elan ediblər.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM