"Qarabağ"da itki: "Neftçi" ilə matçda iştirak etməyəcək

20:00 | 05.02.2020

"Qarabağ"da itki: "Neftçi" ilə matçda iştirak etməyəcək

Qarabağ"n futbolçusu Rahil Məmmədov Azərbaycan Premyer Liqasında XVI turun "Neftçi" ilə qarşılaşmasında iştirak edə bilməyəcək. 


Bu barədə "Report"a 25 yaşlı müdafiəçinin özü məlumat verib. Azərbaycan millisinin də formasını geyinən oyunçu Ağdam təmsilçisinin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının son günlərində zədələndiyini bildirib. 


XV turda "Səbail"i 1:0 hesabı ilə yendikləri görüşü də buraxan Məmmədov hazırda fitness zalında məşq etdiyini söyləyib. O, yaşıl meydanlara nə vaxt qayıdacağına hələ aydınlıq gəlmədiyini əlavə edib. 


Qeyd edək ki, fevralın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da başlayacaq. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb