• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Qarabağın beş rayonunda sentyabrın 16-da məktəblər fəaliyyətə başlayacaq

Qarabağın beş rayonunda sentyabrın 16-da məktəblər fəaliyyətə başlayacaq
10.09.2024 14:49
Sentyabrın 16-da Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl və Laçının Sus kəndində məktəblər fəaliyyətə başlayacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.  
 
"Bu il kifayət qədər məhsuldar il olacaq. Şuşa 1 nömrəli məktəbin açılması ilə yanaşı Xocalıda şagirdlərimiz təhsilə başlayacaq. Xankəndində ənənəvi olaraq Azərbaycan dilli məktəb olmuş 4 nömrəli Nizami Gəncəvi adına məktəb açılacaq. Eyni zamanda Cəbrayılda bu tədris ilində məktəbin fəaliyyətə başlaması planlaşdırılır. Digər məktəblərimiz Suqovuşan qəsəbəsində,Kəlbəcərdə  biraz gec olsa da açılması nəzərdə tutulur. Eyni zamanda Sus kəndində məktəb fəaliyyətə başlayacaq. Artıq 10-a yaxın məktəbin fəaliyyəti təmin olunacaq. 2025-2027-ci illərdə daha çox məktəbin açılması planlaşdırılır. Hazırda onların tikintisi aparılır", - nazir söyləyib. 
 
Qarabağ işaldan azad olunandan sonra orada yenidənqurma işlərinə başlanılıb. Bir neçə ölkə Qarabağda məktəb tikintisi məsələsində Azərbaycana dəstək göstərib. Bununla yanaşı Böyük Qayıdış proqramı çərçivəsində əhalinin Qarabağa köçürülməsi nəzərdə tutulur ki, bu da məktəblərin sayının artırılması üçün zəmin yaradır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib - Video
Cəmiyyət 22:10
Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın baş verib - Video
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
Cəmiyyət 20:03
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb
Cəmiyyət 18:18
İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Cəmiyyət 16:09
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Yaşar Nurinin qızı vəfat edib
Cəmiyyət 14:00
Yaşar Nurinin qızı vəfat edib
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 13:06
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:59
Sabahın hava proqnozu
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Cəmiyyət 10:07
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Cəmiyyət 09:38
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol