Qaxda mikroavtobusla minik avtomobili toqquşub, ölən var - FOTO

21:30 | 29.01.2020
Qaxda mikroavtobusla minik avtomobili toqquşub, ölən var - FOTO

Qaxda mikroavtobusla minik avtomobili toqquşub, ölən var - FOTO

Qax rayonunda yol qəzası baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobusla VAZ markalı avtomobil toqquşub. Nəticədə minik maşınının sürücüsü, Qax rayonunun Əmbərçay kənd sakini Namiq Məhəmməd oğlu Hətəmov hadisə yerində ölüb. Mikroavtobusda olan 8 sərnişindən heç biri xəsarət almayıb.

Məlumata görə, mikroavtobus Balakəndən Bakıya hərəkət edirmiş. Qəza nəticəsində yolda qalan sərnisinlər digər mikroavtobusla Bakıya yola salınıblar.
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM