• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanda hamını sevindirəcək YENİLİK

Azərbaycanda hamını sevindirəcək YENİLİK
09.12.2014 08:55
 Nazirlər Kabineti "Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiq edib.
 
APA-nın məlumatına görə, Qaydaya əsasən yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçiriləcək.
 
Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin ediləcək. Göndərilən qısa mesajların (SMS) həcmi GSM standartlarının tələblərinə uyğun müəyyən olunacaq.  Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən yenidən qurulma və təmir,  dövlət tədbirlərinin keçirilməsi,  qəzaların olması halları təşkil edir. Bu məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstəriləcək. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə ediləcək. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişli olacaq. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən ediləcək. Xidmətdən əldə edilən vəsait Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesablaşma hesabında yığılacaq.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaynari.nfo 08:26
"Qələbə" və "20 Yanvar"a gedən yollarda istiqamət dəyişdi - XƏBƏRDARLIQ
Kredit götürmək asanlaşır - Azərbaycanda
Qaynari.nfo 21:20
Kredit götürmək asanlaşır - Azərbaycanda
Bayram bazarlığına hara getməli? - SİYAHI
Qaynari.nfo 15:50
Bayram bazarlığına hara getməli? - SİYAHI
Bakıda min manata Yeni il gecəsi - QİYMƏTLƏR
Qaynari.nfo 10:37
Bakıda min manata Yeni il gecəsi - QİYMƏTLƏR
Pensiyaçılara şad xəbər
Qaynari.nfo 11:17
Pensiyaçılara şad xəbər
Azərbaycanda hamını sevindirəcək YENİLİK
Qaynari.nfo 08:55
Azərbaycanda hamını sevindirəcək YENİLİK
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol