Azərbaycanda 300 minlik qəza - Fotolar
![Azərbaycanda 300 minlik qəza - Fotolar Azərbaycanda 300 minlik qəza - Fotolar](https://anews.az/photo/850x500/2014-12/1418636111_1.jpg)
Avtomobillər yararsız hala düşüb.
Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, Hadisə şahidlərinin verdiyi məlumata görə, dekabrın 13-də Qəbələ şəhərində 10 KJ 200 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen” markalı avtomobil digər 10 BZ 555 dövlət nömrə nişanlı "Mercedes-Benz Gelandewagen”lə toqquşub.
Məlumata əsasən ciddi xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb. Hadisə barədə məlumatı Qəbələ rayon Yol Polisi İdarəsindən təsdiq ediblər.
Qeyd edək ki, "Mercedes-Benz Gelandewagen” markalı avtomobilin orta qiyməti 120-150 000 ABŞ dolları təşkil edir.
ANN.Az
![](http://ann.az/file/articles/2014-12/1418636111_1.jpg)
![](http://ann.az/file/articles/2014-12/1418636168_2.jpg)
![](http://ann.az/file/articles/2014-12/1418636147_3.jpg)
![](http://ann.az/file/articles/2014-12/1418636084_4.jpg)
![](http://ann.az/file/articles/2014-12/1418636162_5.jpg)