• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bayram bazarlığına hara getməli? - SİYAHI

Bayram bazarlığına hara getməli? - SİYAHI
27.12.2014 15:50
Abbas Əliyev: "Süni artımların qarşısı alınır”.

Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsulların qiymətlərində suni artım müşahidə olunur.  

Bayram ərəfəsində paytaxtın bir çox satış mərkəzlərində suni artımların olması ilə bağlı Aktual. Az-a açıqlama verən İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev istehsal bazarlarında intensiv olaraq nəzarətin gucləndirildiyini deyib.  

A. Əliyev bildirib ki, bəzi məhsulara tələbatın çox olması bayramqabağı satıcılar tərəfindən süni qiymət artımlarına şərait yaradıb. Onun sözlərinə görə, suni artımla əlaqədar monitorinqlərə başlanılıb. Həçminin satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə  nəzarət edilir: "İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti birgə monitorinqlər aparır. Monitorinqdə istehlaka yararsız, istifadə müddəti ötmüş, normativ hüquqi sənədlərin tələbinə cavab verməyən mallar aşkar olunmayıb. Süni artımların qarşısı isə alınır”.
 
İlin sonuna beş gün qalmış paytaxtın bir sıra yerlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil ediləcəyini bildirən Abbasov qiymətlərdə stabil vəziyyətin saxlanılacağını vurğulayıb: "Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədi ilə dekabrın 27-31-də fasiləsiz olaraq 5 gün müddətində  satış yarmarkaları keçiriləcək".

Kənd Təsərrüfatə Nazirliyinin əməkdaşı Rasim Quliyev Aktual.Az-a bildirib ki, sabahdan etibarən Yasamal, Xətai, Binəqədi, Nəsimi, Suraxanı rayonları və Badamdar qəsəbəsində satış yarmarkalarının keçiriləcəyinə start veriləcək.  

Onun sözlərinə görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin yarmarkalara təhkim olunmuş işçi qrupları yarmarkalara məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaynari.nfo 08:26
"Qələbə" və "20 Yanvar"a gedən yollarda istiqamət dəyişdi - XƏBƏRDARLIQ
Kredit götürmək asanlaşır - Azərbaycanda
Qaynari.nfo 21:20
Kredit götürmək asanlaşır - Azərbaycanda
Bayram bazarlığına hara getməli? - SİYAHI
Qaynari.nfo 15:50
Bayram bazarlığına hara getməli? - SİYAHI
Bakıda min manata Yeni il gecəsi - QİYMƏTLƏR
Qaynari.nfo 10:37
Bakıda min manata Yeni il gecəsi - QİYMƏTLƏR
Pensiyaçılara şad xəbər
Qaynari.nfo 11:17
Pensiyaçılara şad xəbər
Azərbaycanda hamını sevindirəcək YENİLİK
Qaynari.nfo 08:55
Azərbaycanda hamını sevindirəcək YENİLİK
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol