Natiq Abbasov: “Azərbaycana investisiya axınının davam edəcəyi gözlənilir”

11:41 | 29.08.2016
Natiq Abbasov: “Azərbaycana investisiya axınının davam edəcəyi gözlənilir”

Natiq Abbasov: “Azərbaycana investisiya axınının davam edəcəyi gözlənilir”

 2017-ci ildə isə TAP layihəsinin dəniz ərazisində tikinti-quraşdırma işlərinə başlanacaq.
 
"APA-Economics”in məlumatına görə, bunu Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının (EİBA) I Avrasiya konfransında Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov deyib. O qeyd edib ki, bu layihə, Azərbaycan və digər ölkələrin, regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyacaq: "Bu layihələrin reallaşması Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolunu daha da artıracaq”.
 
Nazir müavini bildirib ki, "Azəri-Çıraq-Günəşli” blokunda yerləşən dərin qaz laylarının mənimsənilməsi, "Abşeron”, "Ümid”, "Şəfəq-Asiman” və digər perspektiv strukturlarda hasilatın artırılması məqsədilə Azərbaycan iqtisadiyyatına investisiyaların axınının qarşıdakı illərdə də davam etməsi gözlənilir.
 
"Hal-hazırda ölkəmiz bir çox xarici ölkələrdə investor kimi çıxış etməkdədir. Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və digər dövlətlərin enerji  bazarında Azərbaycan mühüm paya sahibdir. Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən biri öz enerji təhlükəsizliyinin təmin olunmasıdır. Son illərdə ölkənin elektrik enerjisinə tələbatı tam ödənilməklə ixrac potensialı artırılıb və bu nailiyyətlər ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsində öz mühüm rolunu oynayır”, - deyə nazir müavini vurğulayıb. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb