Qaz sayğacları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

23:42 | 12.12.2014
Qaz sayğacları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Qaz sayğacları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sayğaclara pul yüklənilməsi 3 saatlıq bloklanacaq

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, ARDNŞ-nin "Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərini xəbərdar edir ki, Respublika üzrə "Modenis” MMC məxsus E-manat və "Komtec” LTD məxsus MilliÖN ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 22:00-dan etibarən 13.12.2014 tarixdə saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə Smart kart tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 3-saatlıq fasilələr yaranacaq.

Qeyd olunan zaman ərzində abonentlərdən ödəniş etməmələri xahiş olunur.
 
ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM