Qazaxıstan devalvasiyaya görə növbədənkənar seçkilərə gedir

14:15 | 13.01.2016
Qazaxıstan devalvasiyaya görə növbədənkənar seçkilərə gedir

Qazaxıstan devalvasiyaya görə növbədənkənar seçkilərə gedir


Qazaxıstanda növbədənkənar seçkilər keçirilə bilər.

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı ölkənin 3 iri fraksiyası prezident Nursultan Nazarbayevə müraciət edib.  

"Biz parlamentin 3 əsas fraksiyası olaraq parlament məclisinin vaxtından əvvəl buraxılmasını istəyirik”- deyə deputat Nurlan Abdirov parlamentarilərin ortaq bəyənatını səsləndirib.  

Qazaxıstan konstitusiyasına görə dövlət başçısı parlamentin hər iki palatası və baş nazirlə müzakirələrdən sonra növbədənkənar seçkilər barədə qərar verə bilər.

Belə olan halda, yeni parlament seçkiləri yaxın 2 ayda keçirilməlidir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM