Qazaxıstan OPEC+ anlaşmasındakı öhdəliyini avqust ayında artıqlaması ilə yerinə yetirib

23:25 | 07.09.2017
Qazaxıstan OPEC+ anlaşmasındakı öhdəliyini avqust ayında artıqlaması ilə yerinə yetirib

Qazaxıstan OPEC+ anlaşmasındakı öhdəliyini avqust ayında artıqlaması ilə yerinə yetirib

Bu ölkə ötən ay sutkada 1,643 mln. barel neft hasil edib.

Qazaxıstan bu ilin avqust ayında Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan ölkələrin hasilatı azaltmaq barədə anlaşması üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev açıqlama verib.

Qeyd edək ki, anlaşma çərçivəsində Qazaxıstan sutkalıq neft hasilatını 2016-cı il noyabr ayındakı 1,7 mln. bareldən 1,5 mln. barelə endirməyi öhdəlik kimi qəbul edib. Bu rəqəm ötən ay 1,643 mln. barel təşkil edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb