""Qazprom"la müqavilə SOCAR-ın Gürcüstandakı işinə təsir etməyəcək"

15:48 | 20.06.2016

""Qazprom"la müqavilə SOCAR-ın Gürcüstandakı işinə təsir etməyəcək"

"Qazprom" (Rusiya) və "Qazko+" (Gürcüstan) şirkətləri arasında imzalanmış müqavilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana ixrac etdiyi təbii qazın həcminə təsir etməyəcək.
 
"Report"un verdiyi xəbərə görə, bunu "SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov deyib.
 
M.Məmmədov qeyd edib ki, hazırda Azərbaycandan ixrac olunan qaz Gürcüstanın "mavi yanacağa" olan cari tələbatının 90%-ni təmin edir və payız-qış mövsümündə gündılik nəqletmə 12 mln. kubmetrə çatır.

Qeyd edək ki, "Qaprom" və "Qazko+" şirkətləri arasında imzalanmış müqavilənin şərtlərinə əsasən, bu ilin ikinci yarısında Rusiyadan Gürcüstana 100 mln. kubmetr həcmində qaz idxal olunacaq. Artıq Gürcüstan müxalifəti hakimiyyətli analoji sövdələşmələri başlamaqla ölkəni Rusiyadan asılı vəziyyətə salmaqda ittiham edib. Hökumət rəsmiləri isə dövlətin bu müqavilədən xəbəbrsiz olduğunu və sənədin özəl şirkət tərəfindən bağlandığını qeyd ediblər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb