Yeni bəyannamə qəbul edilib

20:00 | 05.07.2017
Yeni bəyannamə qəbul edilib

Yeni bəyannamə qəbul edilib

Bəyannamənin mətni Ermənistan nümayəndə heyətinin etirazına səbəb olub.

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş Assambleyasının 49-cu plenar sessiyası çərçivəsində QDİƏT-in yaradılmasının 25 illiyi ilə əlaqədar bəyanat qəbul edilib.

"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, bəyannamədə üzv ölkələrin ərazi bütövlüyünə dəstək əksini tapıb.

"BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən və üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına tam riayət edilməsinin zəruriliyini dəstəkləyirik", - bəyanatın mətnində deyilir.

Qeyd edək ki, sənədin mətni Ermənistan nümayəndə heyətinin etirazlarına səbəb olub və onlar bəyannamənin mətnində dəyişiklik etməyə cəhd göstərib. Lakin bu cəhdlər uğursuz olub və sənəd qəbul edilib.

Xatırladaq ki, QDİƏT 1999-cu ildə yaradılıb və onun tərkibinə 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti