“Qəbələ”nin sabiq futbolçusu Cavid Hüseynovun həbs müddəti uzadıldı

23:02 | 05.11.2015
“Qəbələ”nin sabiq futbolçusu Cavid Hüseynovun həbs müddəti uzadıldı

“Qəbələ”nin sabiq futbolçusu Cavid Hüseynovun həbs müddəti uzadıldı

"Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbs müddəti uzadılıb.

Bu barədə "Report”a onun vəkili Azər Məmmədov məlumat verib.
 
Məlumata görə, Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə futbolçu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin iki ay artırılması barədə təqdimatla müraciət edib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, Cavid Hüseynovun həbs qətimkan tədbirinin müddəti 1 ay müddətinə uzadılıb.

Qeyd edək ki, futbolçu avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlunun ölümü ilə bağlı cinayət işində təqsirli bilinərək barəsində 3 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM