Qəbul qaydaları açıqlandı

15:29 | 27.02.2015
Qəbul qaydaları açıqlandı

Qəbul qaydaları açıqlandı

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Abituriyent” jurnalının 1-ci sayında 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna aid rəsmi və metodiki materialları təqdim edib.
 
Qurumdan Lent.az-a verilən məlumata görə, jurnalda  2015/2016 - cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları, ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları, hərbi liseylərə qəbul imtahanı proqramları, ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları öz əksini tapıb.

Komissiyadan bildirilib ki, bu qaydaları bilmək hər bir abituriyentə düzgün istiqamət götürməyə, qəbula hazırlıq işini səmərəli qurmağa, ağıllı ixtisas seçimi aparmağa kömək edəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM