Qəzəya düşən Türkandan xəbər var – VİDEO

12:13 | 20.06.2018
Qəzəya düşən Türkandan xəbər var – VİDEO

Qəzəya düşən Türkandan xəbər var – VİDEO

Uzun zamandır həkim nəzarətində və xəstəxana şəraitində yatan Türkan Vəlizadədən yeni xəbər var.

Bu barədə ARB TV-nin "Səhər-Səhər” verlişində videogörüntü yayımlanıb. Müğənni səhhəti haqqında özü məlumat verib:

"Hər kəsi salamlayıram. Artıq sağalmağa doğru gedirəm. Şükürlər olsun. Gələn bütün sənətçi dostlarıma təşəkkür edirəm, minnətdaram, əziyyət çəkmisiniz. Tezliklə, inşallah yeni mahnılar, yeni kliplər olacaq. Narahat olmayın hər şey yaxşıdır. Tezliklə ayağa qalxacam”.

Xatırladaq ki, daha öncə "Səhər-Səhər” komandası qəzaya düşən müğənnilər Türkan Vəlizadə və Zeynəb Həsəninin son vəziyyətləri ilə bağlı xəstəxanaya üz tutmuşdular. Zeynəb Həsəni çəkliş zamanı sağlıq durumundan özü sevənlərini məlumatlandırmışdı. Lakin Türkanın sağlıq durumu buna imkan verməmişdi.

Qeyd edək ki, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı müğənni Türkan Vəlizadə 2 iyun gecə saatlarında müğənni həmkarı Zeynəb Həsəni ilə avtomobil qəzasına düşmüb. Qəzaya səbəb isə yağışlı hava şəraiti olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb