Qəzzada elektrik böhranı: xalq etiraz edir

13:42 | 06.01.2015
Qəzzada elektrik böhranı: xalq etiraz edir

Qəzzada elektrik böhranı: xalq etiraz edir

Qəzza bölgəsində fələstinlilər işıqsız qaldıqlarına görə etiraz edirlər.

ANN.Az dünya mətbuatına istnadən xəbər verir ki, onlar 8 aydır ki, uzunmüddətli elektrik kəsintilərinə son verilməsin tələb edirlər.  Nümayişə qatılanlardan Mahmud əl-Arabid adlı biri Qəzzadakı elektrik kəsintilərinin yeni başlamadığını, uzun müddətdir davam etdiyini, bunun mülki vətəndaşlara baha başa gəldiyini bildirib.

Digər tərəfdən "əl-Mizan" İnsan Hüquqları Mərkəzi 2010-cu ildən bu yana Qəzzada yaşanan elektrik kəsintiləri ucbatından 21-i uşaq olmaqla ümumilkdə 26 nəfərin öldüyünü açıqlayıb.  Bu ölümlərə səbəb isə elektrik olmadığı üçün alternativ isinmə və işıqlanma vasitələrinin istifadəsi zaman başa verən qəzalar göstərilir.

Qeyd edək ki, İsrailin 2006-cı ildə Qəzzadakı yeganə elektrik stansiyasını vurmasından bu yana Qəzzada gündəlik 8 saata çatan kəsintilər yaşanır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb