Qırğızıstanda nazir istefa verib

18:25 | 31.05.2016
Qırğızıstanda nazir istefa verib

Qırğızıstanda nazir istefa verib

Qırğızıstan prezidenti Almazbek Atambaev daxili işlər naziri Melis Turganbaev-in istefasını qəbul edib. Prezidentin mətbuat xidmətinin mayın 30-da yaydığı məlumata görə, Atambaev Bişkek polis idarəsinin rəisi Kashkar Junushaliev-i müvəqqəti olaraq nazir postuna təyin edib və hökuməti onu təsdiqləməyə çağırıb.

Turganbaev-in istefa səbəbi açıqlanmır.

Ancaq son 3 ay ərzində azı altı siyasətçi dövlət çevrilişi ittihamıyla həbs olunub.

Hakimiyyət antihökumət etirazları planlaşdıran müxalif siyasilərə qarşı hücuma keçib.

Turganbaev 2014-cü ildən bəri daxili işlər naziri idi. Daha öncə 4 il nazirin müavini vəzifəsini tutmuşdu. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM