Qız görə dostu tərəfindən öldürülən 18 yaşlı tələbənin görüntüləri yayıldı

17:04 | 24.12.2018
Qız görə dostu tərəfindən öldürülən 18 yaşlı tələbənin görüntüləri yayıldı

Qız görə dostu tərəfindən öldürülən 18 yaşlı tələbənin görüntüləri yayıldı

Xəbər verdiyimiz kimi, 18 yaşlı Rauf Murguzov aralarında yaranan mübahisə zamanı həmyaşıdı Elman Xəlilovu bıçaqlayaraq qətlə yetirib. Qeyd edək ki, R.Murquzov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, E.Xəlilov isə Azərbaycan Texniki Universitetinin tələbəsi imiş.

Qeyd eədk ki, olke.az saytının yazdığı məlumata görə, Nərimanov rayonunda tələbələr arasında düşən mübahisənin təfərrüatları məlum olub. Belə ki, hər iki tələbə Ağstafa rayonundan olub. Eyni kənddə, eyni məktəbdə oxuyan gənclərin arasında mübahisənin yaranmasına səbəb qız məsələsi olub. Eyni qızı sevən gənclər aralarındakı məsələni həll etmək üçün görüş yeri kimi Atatürk parkına gəliblər. Məsələni söhbətlə həll edə bilməyəndə Rauf Murquzov özündən cüssəli olan Elman Xəlilova üzərində gəzdiridiyi bıçaqla xəsarətlər yetirib.

Anews.az bildirir ki, big.az Elman Xəlilovun mahnı oxuyan zaman çəkilmiş videosunu əldə edib.

Həmin videonu oxucularımıza təqdim edirik:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb