Qızların təhsildən erkən ayrılmasına dair layihəyə yekun vuruldu

11:52 | 26.10.2015
Qızların təhsildən erkən ayrılmasına dair layihəyə yekun vuruldu

Qızların təhsildən erkən ayrılmasına dair layihəyə yekun vuruldu

"Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsinə yekun vurulub. 

Layihə çərçivəsində Qax, Quba, Xaçmaz, Masallı rayonlarında, Bakı şəhərində və bir sıra Bakı kəndlərində qız uşaqlarının təhsildən erkən ayrılması probleminin qarşısının alınması məqsədilə maarifləndirmə kampaniyaları və ictimai müzakirələr təşkil edilib.  Problemin yaranma səbəblərinin araşdırılması məqsədilə sorğular,  Qax məktəblilərinin iştirakı ilə "İşıqlı gələcək üçün oxu” – qızları təhsilə çağırış fləşmobu keçirilib.

Layihənin icrası ilə əlaqədar müvafiq məlumatlar, fləşmobu əks etdirən videoçarx ölkə KİV-ləri və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılıb.    
Sorğular və ictimai müzakirələr nəticəsində əldə olunan məlumatların, problemin həllinə dair ictimaiyyətin fikir və təkliflərinin Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası başda olmaqla, müvafiq dövlət qurumlarına təqdim edilməsi nəzərdə tutulub. 
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb