Qlobal qida qiymətləri bahalaşıb

21:00 | 15.08.2017
Qlobal qida qiymətləri bahalaşıb

Qlobal qida qiymətləri bahalaşıb

Qlobal qida qiymətləri iyul ayında artıb. Artıma, əsasən, taxılın, şəkərin və süd məhsullarının bahalaşması təkan verib.

anews.az Bloomberg-ə istinadən xəbər verir ki, beynəlxalq bazarlarda taxıl, bitki yağları, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida məhsulunun qiymətlərini və ticarətini müəyyən edən FAO Ərzaq Qiymətləri İndeksi iyul ayında 179.1 bənd təşkil edib. Bu, 2015-ci ildən indiyə qədər ən yüksək qiymətdir.

FAO Taxıl Qiymət İndeksi iyulda 5.1 faiz, FAO Süd Məhsulları Qiymət İndeksi (kərə yağı, pendir və sair süd məhsulları) 3.6 faiz dəyər qazanıb. Xüsusilə  ixraca hesablanan kərə yağının qiymət indeksi yüksəlib. FAO Şəkər Qiymət İndeksi 5.2 faiz artıb.

FAO Bitki  Yağı Qiymət İndeksi iyulda iyun ayı ilə müqayisədə 1.1 faiz ucuzlaşıb. Bu da 2016-cı ilin avqust ayından sonra ən aşağı səviyyədir.

Maraqlıdır ki, FAO Ət Qiymət İndeksi sabit qalıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM