• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Qobustan - əcdadlarımızın canlı tarixi - FOTOLAR

Qobustan - əcdadlarımızın canlı tarixi - FOTOLAR
25.11.2013 16:41

Qobustan Dövlət Tarix-Bədii Qoruğu paytaxt Bakıdan 70 km. aralıqda yerləşir və Böyük Daş, Kiçikdaş, Cinqirdağ (Yazılı təpə), Şonqar və Şıxqaya dağları zonasını əhatə edir. Ərazi quru subtropik iqlimə malikdir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu - açıq səma altında muzeydir. 

Qoruğ Qobustan qayaüstü rəsm abidələrini öyrənir, qeydə alır və qoruyur. Qobustan qayaüstü rəsmləri 1939-cu ildə Cinqirdağ dağının yamacında və Yazılı təpənin baş hissəsində aşkar edilib. Abidənin sistematik öyrənilməsi 1947-ci ildən başlayaraq həyata keçirilir. Qobustan qayaüstü rəsmlərini ilk dəfə kəşf edən Azərbaycan arxeoloqu İshaq Cəfərzadə olub. Hazırda sayı 1000-dən çox olan daş və qaya üzərində əks olunan 6 000-dən çox təsvir və işarə qeydə alınıb. Onlar mövzu və süjet baxımından öz müxtəlifliyi ilə seçilir. Qobustan təsvirləri üçün əsasən qayalar üzərində öndən və yandan barelyefin əksi kimi, silueti qazılmış qədim kişi və qadın şəkilləri səciyyəvidir. 

Kişilər möhkəm bədənli, bellərində kəmərçin silahlanmış halda təsvir ediliblər. Qadın şəkillərində döşlər qabarıq, baldırlar iri verilib. Onlar nəsil davamçıları kimi təsvir ediliblər. Qobustan qaya rəsmləri vaxtı ilə bu ərazidə yaşamış bütün heyvan növlərinin - öküz, keçi, gur, maral, ceyran, donuz, at, şir, canavar, it və s. təsvirlərindən ibarətdir. Burada balıq, ilan, kərtənkələ və həşarat şəkilləri qeydə alınıb. Heyvan şəkilləri əsasən kontur xətlə verilib. Qobustanın qayaüstü təsvirləri tək mövzu müxtəlifliyi ilə deyil, həmçinin onların kompozisiyalığı ilə də zəngindir. Burada kollektiv əmək, ov, rəqs, biçin, döyüş, ritual və s. səhnələrə rast gəlmək olar. 

Qobustan qayaüstü rəsmləri təxminən 40 000 il bizim eradan əvvəlki dövrdən (üst poleolit) başlayaraq orta əsrlərə gədərki müxtəlif dövrləri əhatə edir.

Qayaüstü rəsmlərlə yanaşı epiqrafik yazılara da rast gəlmək olar. Burada ərəb, fars yazıları, eləcə də bizim eranın I əsrində Roma imperiyasının XII leqionu tərəfindən latın hərfləri ilə daş üzərində yazı da aşkar edilib. XX əsrin 60-cı illərindən qoruğun ərazisində arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində 20 ibtidai insan dayanacaqları və mağaralar və 40-a qədər tunc dövrünə aid kurqanlar aşkar edilib. Qoruğun fondunda 105 000-dən çox müxtəlif təyinatlı arxeoloji materiallar saxlanılır. Bunlarda ov və əmək alətləri, məişət əşyaları və s. daş dövrünün əmək alətləri əsasən çay daşı, çaxmaq və sümükdən hazırlanıb. 

"Firuz" düşərgəsində aparılan qazıntılar zamanı 11 insan skeleti aşkar edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1966-cı ildən Qobustan Dövlət tarixi-bədii qoruğu elan edilib, həmin ildən Qobustan qayaüstü rəsmləri Dövlət tərəfindən qorunur.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə təmirlə bağlı qaz kəsiləcək
Cəmiyyət 08:57
Bu ərazilərdə təmirlə bağlı qaz kəsiləcək
Bu yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:45
Bu yollarda tıxac var - Siyahı
Qubada zəlzələ olub
Cəmiyyət 22:52
Qubada zəlzələ olub
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Cəmiyyət 22:52
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
Cəmiyyət 22:30
Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
NİİM müşahidə edilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 21:18
NİİM müşahidə edilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Azərbaycan Dövlət Radiosuna yeni rəhbər təyin olunub
Cəmiyyət 20:20
Azərbaycan Dövlət Radiosuna yeni rəhbər təyin olunub
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 20:13
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Goranboyda maşınlar toqquşub, yaralılar var
Cəmiyyət 18:58
Goranboyda maşınlar toqquşub, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol