Qobustanda zəncirvari qəza, xəsarət alan var

11:08 | 17.02.2019
Qobustanda zəncirvari qəza, xəsarət alan var

Qobustanda zəncirvari qəza, xəsarət alan var

Qobustanda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.



Anews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, zəncirvari yol qəzası Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayon Nərmankənd ərazisində baş verib.


İlkin məlumatlara görə, yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan Ford markalı avtomaşın yolda olan beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən götürməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-ü də əzilib. Qəza zamanı Şəki rayon sakini 28 yaşlı Mirhəmədov Rövşən Hacı oğlu xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb