"Qoy Ronaldo bizim haqda düşünsün"

11:51 | 25.06.2016

"Qoy Ronaldo bizim haqda düşünsün"

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç "Avro-2016"nın 1/8 finalında qarşılaşacaqları Portuqaliya millisi haqda danışıb.

Qol.az-ın məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən xorvatiyalı futbolçu Portuqaliya millisinin təkcə Kriştiano Ronaldodan ibarət olmadığını bildirib:

"Portuqaliya millisi təkcə Ronaldodan ibarət deyil. Rəqibimiz çox keyfiyyətli komandadır. Onların heyətindəki futbolçular ən yaxşı klublarda oynayır. Ronaldo haqda çox düşünmək istəmirik. Qoy Ronaldo bizim haqda düşünsün. Pley-off matçında hər şey ola bilər. Çünki cütün taleyinə bir matçda aydınlıq gələcək. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, bu gün keçiriləcək Xorvatiya - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM