"Posta.az" CrimeTimeRU youtube kanalına istinadən maraqlı video məlumatı təqdim edir.
Çox az adama bəllidir ki, kriminal aləmin "Böyük qardaşı” Hikmətlə "Lotu Quli” arasında mehribanlıqla yanaşı, gərgin günlər də yaşanıb. Hətta onlar əlbəyaxa olub dalaşıblar.
Nadir Səlifov ora gətiriləndə "Sabirabadlı Hikmət” də orda olub.
Muxtarov Hikmət Məmmədqulu oğlu 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkənd kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitunda təhsil alarkən Bakı Şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və ilk məhkumluğunu yaşayıb. 3 il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı cəzaçəkmə müəssisəində və Xələc düşərgəsində çəkib.
"Böyük qardaş” ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq "Kresti” kiçmanında və Vorkuta həbsxanalarında cəza çəkib. 1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb. 2001-ci ildə cibindən narkotik vasitə heroin "tapılıb” və 8 il azadlıqdan məhrum edilib. Sonra işinin üstündən 5 il götürüblər.
Lotu Hikmət 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb binanın yanında duran Mercedes-500 markalı maşının minmək istərkən ona avtomat və tapançadan atəş açıblar. 11 apreldə onun meyiti təyyarə ilə Azərbaycana göndərilib. Bakıdan meyiti Sabirabad rayonunun doğma Kürkəndi kəndinə gətirilib və buradakı qəbiristanlıqda dəfn edilib.
Sabiq məhkumun söhbəti: "Hikmət istər Azərbaycanda, istərsə də Rusiyada çox hörmətli, nüfuzlu idi. Onu hər yerdə tanıyırdılar. Onun qəribə xasiyyəti var idi. Çox vasvası idi. Heç kim Hikmətin yatağının üstünə otura bilməzdi. Hikmət insanları hələm-hələm özünə yaxın buraxmırdı. O, biləndəki yanına kimsə gəlib və 5000 dollar pul gətirib, onu yaxına buraxmırdı. Deyirdi, bu gün 5000 veribsə, sabah 10 dənə şey xahiş edəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !