"20 Yanvara görə Qorbaçov Haaqa tribunalına verilməlidir"

23:58 | 10.04.2014
"20 Yanvara görə Qorbaçov Haaqa tribunalına verilməlidir"

"20 Yanvara görə Qorbaçov Haaqa tribunalına verilməlidir"

Bir qrup rusiyalı deputatın SSRİ-nin eks prezidenti Mixail Qorbaçova qarşı cinayət işinin açılmasını tələb etməsi Azərbaycanın da 20 yanvar hadisələrinə görə onu məhkəməyə verə biləcəyi fikrini gündəmə gətirdi.
ANS PRESS-in məlumatına görə, Qorbaçovun məhkəməyə verilib ittiham edilməsi barədə politoloq Qabil Huseynli bunları bildirdi: ”Qorbaçovun ən böyük günahı məhz 20 yanvar hadisələri, 9 aprel Gürcustanda baş verən,Vilnusda törədilən hadisələrdir. Günahsız insanların vəhşicəsinə qırdırılması Qorbaçovun əmrilə baş verib. Bu cinayətlərin içində ən böyüyü məhz 20 yanvar qırğınıdır. Orda ölənlərin sayı 165 nəfərdən çoxdur, yaralanlar isə 600 nəfəri keçib. Miqyasına, həyata keçirilmə formasına görə hec bir tutarlı səbəb gətirilmədən güya Azərbaycanda fundamental islamın qələbə cala biləcəyi ehtimalı oldugundan bunun qarşısını almaq zərurətindən Bakıya qoşun yeridildi. Bütün bunlar Qorbaçovun təşəbbüsü ilə SSRİ Ali Sovetinin fərmanı ilə həyata keçirildi. Qorbaçovun ən böyuk qunahlarından biri Bakıdakı qanlı yanvar hadisələridir. O, buna görə cavab verməlidir. Azərbaycan buna dəfələrlə təşəbbüs göstərib, amma təəssüflər olsun ki, bu məsələyə nail ola bilməyib. SSRİ-nin dağılması ilə bağlı onu günahlandırmaq cəfəngiyatdır. Azərbaycan Qorbaçovu və onun o dövr yanında olan komandasını beynəlxalq Haaqa tribunalına verməlidir. Haaqa tribunalı bu məsələni araşdırmalı, onları muhakimə etməlidir”.
Politoloq Tofiq Abbasovun fikri isə belə oldu: ”20 yanvar hadisələri sovet rejiminin Azərbaycan xalqına qarşı duşünülmüş bir təxribatıdır. Bu, qanlı təxribat idi, bu, cinayətkar bir hadisə idi. Bunun arxasında Kreml rəsmləri ilə erməni diqtəçi qruplarının fəalları dururdu. Bizim Azərbaycan üçün burda qaranlıq bir məqam qalmayıb. Nə qədər ki, həmin dövrdə ölkəyə rəhbərlik edən və 20 yanvar hadisələrinə birbaşa cavabdehlik daşıyan Qorbaçov sağdır, onu ittiham etmək lazımdır. Gunahsız insanları öldutdürən Qorbaçovla yanaşi Bakatin və o dövr hakimiyyətdə olan digər səlahiyyətli şəxslər məhkəmə qarşısında cəzalandırılmalıdır. Bu məsələyə nöqtə qoyulmayib. Cinayət baş veribsə, cəzası da olmalıdı".
Xatırladaq ki, Rusiya Dövlət Dumasının bir qrup deputatı Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin Baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət edib. Müraciətdə SSRİ-də keçirilən referendum zamanı dövlətin vahid şəkildə idarə olunması dəstəklənsə də o dövrdə hakimiyyətin atdığı qeyri-qanuni addımlar ölkənin dağılmasına səbəb olduğu bildirilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM