"Atletiko"dan ilk rəsmi transfer

16:39 | 28.05.2014
"Atletiko"dan ilk rəsmi transfer

"Atletiko"dan ilk rəsmi transfer

2013/2014 mövsümündə İspaniya çempionu olan "Atletiko" ilk transferini edib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi "San Laronso"nun 19  yaşlı hücumçusu Anxel Korreanı heyətinə qatıb.  Futbolçu tibbi müayinədən keçdikdən sonra onunla beş illik rəsmi müqavilə imzalanacaq. Bu transfer üçün "Atletiko"nun 7.5 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, A.Korrea "San Lorenso"da oynadığı üç mövsümdə 58 matçda iştirak edib və 12 qol vurub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb