"Bakirə Məryəmin özü bizim yanımıza gələ bilər" - Paulo Koelyo

13:09 | 10.01.2014
"Bakirə Məryəmin özü bizim yanımıza gələ bilər" - Paulo Koelyo

"Bakirə Məryəmin özü bizim yanımıza gələ bilər" - Paulo Koelyo

Dünyada ən çox satılan əsərlərin müəlliflərindən biri olan Paulo Koelyonu Azərbaycan oxucusu da yaxşı tanıyır. Onu ciddi ədəbiyyatçı kimi qəbul etməyən də var, yeni əsərlərini intizarla gözləyən də. Amma bir şey şəksizdir: Koelyonun əsərləri ədəbiyyatdan daha çox birbaşa insana xidmət edir, ona ümid və inam aşılayır.ANN.Az Paulo Koleyonun ədəbiyyat və həyatla bağlı baxışlarını oxuculara tədqim edir. Qeyd edək ki, bu fikirləri ədib Rusiyanın  məşhur "Naməlum planet" layihəsinin müəllifi Andrey Martınovla dialoqunda səsləndirib.Otuz beş yaşımda yazıçı oldumMən hər gün işə gedən, üzərimə düşən vəzifələrimi həyata keçirən adi adam idim. Allah bilir nəylə məşğuldum, çünki belə "qəbul olunmuşdu" ki, mənə qətiyyən maraqlı və önəmli olmayan işləri görüm. Amma bir gün özümə dedim: "Paulo, dayan! Gəlsənə, özün üçün vacib və maraqlı olan işlərlə məşğul olasan?!". Yeganə məsləhətləşdiyim şəxs arvadım Kristina idi. O dedi: "Doğru bildiyini elə. Bu, sənin həyatındır ". Həmin zamanlar iri bir səsyazma şirkətində işləyirdim, işdən çıxdım və kitab yazmağa başladım, beləliklə də yazıçı oldum.  Vəssalam. Həyəcan, narahatlıq vardı. Amma başqasının məni ittiham edə bilməyəcəyi yeganə şey qorxaqlıqdır. Heç vaxt qorxaq olmamışam. Qərar qəbul etmişəmsə, onu həyata keçirməyə başlamışam!..  35 yaşım vardı, düşünürdüm ki, hər şeyi dəyişmək üçün artıq qocayam. O vaxtlar kimsə Santyaqo-de-Kompostella adlı ispan şəhərini ziyarət etməyi beynimə saldı - katolik ziyarətgahlarına doğru 80 kilometr piyada getmək lazım idi. Səfər ərəfəsində ruhi yola çıxmağın mənim üçün çox gec olduğunu düşünürdüm - hər şey çox çətin idi və  üstəlik, mənim otuz yaşım çoxdan tamam olmuşdu... Amma İspaniyada sərgərdan dolaşarkən qəfildən anladım: ya arzumu biryolluq unuduram, ya da elə indidən ona doğru getməyə başlayıram! O zaman gəmiləri, körpüləri, bir sözlə, hər şeyi yandırdım... Oturub "Zəvvarlıq" adlı ilk kitabımı yazdım. Özüm üçün başqa yol qoymadım. Və hər şey asanlaşdı...  Kimisə inandırmaq, kiməsə nəsə, nəyisə, necəsə etməli olduğunu izah etmək üçün yazmağa başlamadım. Əslində, özüm üçün və özüm haqqında yazırdım. Nəyisə vərəqdə canlandıranda bu, özümü daha yaxşı anlamağıma, öz qəlbimin naməlum tərəflərini açmağa kömək edir. İkincisi, insanlara əsərdə inandırıcı görünə biləcək yeganə şey mənim təcrübəmdi. Vəssalam. Mənim onlarla bölüşəcək başqa bir şeyim yoxdur.Düşünmürəm ki, mənim kitablarım nəyisə öyrətməyə qadirdir. Mən sadəcə simvolları nişan verirəm. Mən heç nə izah edə bilmirəm. Ümumiyyətlə, kitablar yalnız insanlara çoxdan bildikləri şeyləri xatırlamağa yardım edən katalizatordur. Biz simvolik dünyada yaşayırıq. Bizim bütün həyatımız simvoldur. İstənilən adamın həyatı işarədir. Məqsəd qoysanız, siz işarələrin gizli mənasını çözə biləcəksiniz. Çözmək da deməyək, sadəcə xatırlayacaqsınız. Kitablarımda mən yalnız çoxunun özünə etiraf etməyə qorxduqları şeylər barədə danışıram... Ən təhlükəli söz - "əgər"!

Əsərlərimi oxuyandan sonra öz içində məyusluq yaşayan adama deyərdim: "Tək olmadığına inan! Sənin kimilər çoxdur. Sadəcə, öz arzunu və ya hədəfini xatırla və ona doğru öz yolunla get. Çünki yalnız bu cür sən nəyəsə nail ola bilərsən ". Bu zaman tək olmadığını hiss etmək çox vacibdir. Ola bilsin, sənətin oyatdığı hisslərdən ən vacibi məhz adamda tək olmaması duyğusudur. Məhz bununla da sənət insanların özlərinə və həyata münasibətlərini dəyişməyə yardım edir.

"Əlkimyagər" kitabımda çoban öz xəzinəsini tapmaq üçün Misir piramidalarına yollanır. O, uzun yol qət edir. Xəzinəni və həm də özünü tapır. Bizi çəkən yollar naməlum dünyaya aparır. Ziyarətlər, səfərlər - sizə ölüncəyədək naməlum qala biləcək zərrəciklərimizlə tanış olmağın ən yaxşı üsuludur. Bu, əslində necə olduğunu xatırlamaq üsuludur. Hər şeyin artıq çoxdan məlum və aydın olduğunu düşündüyümüz adi həyat bizim və eləcə də cəmiyyətin daim hər tərəfdən ucaltdığı divarlarla məhdudlaşdırılmış mövcudluğudur. Səyahət bu, təkcə çölümüzdə deyil, həm də içimizdəki divarları aşmağa yardm edir. Onlar aradan qalxanda sən qəfildən öz qəlbinin bu vaxtadək tanımadığı okeanına düşürsən. Səfərdəykən sən insanlara inanmalısan, çünki sən onları tanımadan onlardan asılısan. Yolda sən uşaq kimi məsumlaşırsan. Sənin qədəm qoyduğun naməlum yer barədə məlumatın yoxdur, buna görə qərəzdən də azadsan. Sən qavrayış baxımından da safsan. Və nəhayət, yolda sən yad adamlarla ünsiyyətə girməlisən, əks halda öz tənhalığına qayıdacaqsan.

Həyatım məndə belə bir əminlik yaradıb ki,  qoruyucu mələyim, həm də elə məni şirnikləndirən şeytan da  mənimlə başqalarının diliylə danışır. Bir də bunu anlamışam: səyahətindən nə əxz edəcəyin yalnız və yalnız səndən asılıdır...

Yazıçı kimi lüğətimdə çolu sözlər var, amma mən "əgər" sözünü bilmirəm, tanımıram. "İşıq cəngavəri"nin ən vacib keyfiyyətlərindən biri "əgər" sözünün varlığını unutmaqdır. Bilirəm ki, bütün yolları inkar edib bunu - yazçılığı seçmişəm. Düşünürəm ki, adamlara "əgər"in çox təhlükəli söz olduğunu izah etmək lazımdır. Çünki o, insanı zəif edir, başqa imkanlar barədə düşünməyə vadar edir. Sənsə öz seçimini etməlisən, qalan hər şeyi unutmalısan və inanmalısan ki, sənin seçimin yeganə düzgün seçimdir. Yeni sevgi keçmiş təcrübədən heç nə əxz eləmirDağlar mənim üçün kişi başlanğıcının təcəssümüdür - əzmkarlıq, inadkarlıq, üstün olmaq cəhdi. Amma hər şeydə tarazlıq zəruridir və bu zaman qadın məni dənizə çəkir. Axı qadın başlanğıcın simvoludur - su, axıcılıq, dəyişkənlik, zəriflik... Dağlar və dəniz mənim yoluma davam etməyə yardım edən simvollardır. Axı bu yolla gedərkən həm intizamlılıq və əzmkarlıqdan, həm də elastiklik və uyğunlaşma qabiliyyətindən yararlanmaq lazım gəlir. Sevgi və nikah... Evlilik sevgini qoruyub saxlamaq baxımından çox çətindir!.. Bir yerdə yaşamaq inanılmaz dərəcədə çətindir. Bu, daimi dağıtma və bərpa prosesidir. Nikahda olarkən siz daim dağıtmalı və bərpa etməlisiniz, eləcə də bu proses hər dəfə təkrarlanır. Bu elə çətin və elə qaçılmazdır ki... Düzdür, əksər adamlar evliliyə dəyişməz bir şey kimi baxırlar. Deyirlər: nəhayət ki, evliyəm və bundan sonra hər şey dəyişməz qalacaq. Həmişə, elə ömrümün sonuna qədər də indiki kimi xoşbəxt olacağam! Mən bilmirəm... Mən hələ belə şey görməmişəm. Amma bunu necə də istərdim! Sevgi mənim üçün sirli hadisədir. Bu, mistikadır, sirli cazibədir - daim adamları bir-birinə çəkir... Sevgi - toplayıb artırmaq xüsusiyyəti olmayan bir hissdir. Yeni sevgi keçmiş təcrübədən heç nə əxz eləmir. Kristina ilə iyirmi ildən çoxdur evliyəm, o, mənim dördüncü arvadımdır. Ümid edirəm ki, ömrümün sonunadək mənimlə qalacaq. Yeganə şeydir ki, bunu istədiyimi bilirəm. Amma bilmirəm... Mən heç nə bilmirəm... Bütün həyatımın ən yaxşı öyrəndiyim dərsi bu olub: heç vaxt heç nəyi haqq-öhdəlik kimi qəbul etmə. Hər şey baş verə bilər. Biz burda oturub danışırıq, duraram və bir dəqiqə sonra ölə bilərəm. Və yaxud bakirə Məryəmin özü bizim yanımıza gələ bilər. Bildiyim bircə şey var: hər şey dəyişir. Yalnız bir şey barədə əminliklə danışa bilərəm: hər bir insanın niyyəti, arzusu, missiyası olmalıdır... Amma siz yalnız iradə və intizam hesabına buna nail olacağınızı düşünürsünüzsə, artıq uduzmusunuz! Mənim "Əlkimyagər"dəki qəhrəmanım çoban Santyaqo qarşısına məqsəd qoyur: piramidalaradək gedib xəzinəni tapmaq. Yola düşərkən anlayır ki, bu arzuya nail olmaq elə də asan deyil. İstəyinə çatmaq üçün o, iradəsini uyğunlaşmaq qabiliyyətiylə uzlaşdırmalı olur... Məqsədə nail olmaq bütün bunlar vacibdir.Umberto dostumdurOxuduğum və təkrar qayıtdığım sevimli kitablarım o əsərlərdir ki, orada öz qəlbimin qabarma və çəkilmələrinin əksini görürəm. Ola bilsin, bunadək hətta onların bəzilərinin mövcudluğundan heç xəbərim də yox idi. Və əgər adamın əlinə belə kitablar düşəndə o, qəfildən tək olmadığını anlayırsa... Məlum olur ki, sənin kimi hisslər keçirən başqa biri də var və birdən ortaya çıxır ki, hansısa yazıçı sənin hisslərindən də xəbərdardır! Elə təkcə yalnız olmadığını hiss etmək, öz arzunu başqasının deyil, məhz özünün güc və vasitələrinin hesabına reallaşdırmaq üçün qeyri-adi qüvvə yaradır... Riçard Baxın ilk iki kitabını çox sevirdim, qalanları o qədər də xoşuma gəlmir. Umberto (Eko -red.) ilə dostuq, onu çox sevirəm. Tez-tez Tanrı, kainatın mahiyyəti barədə mübahisələr edirik. O, Tanrıya inanmır, mənsə inanıram. Bizim həyat baxışlarımız fərqlidir. Hərəmizin öz seçimimiz var. O mənə Tanrının olmadığını sübut edə bilmədi, mən də onu əksinə inandırmağa qadir deyiləm. Eybi yox, belə şeylər olur. Bəlkə də, əslində Tanrının olub-olmadığı heç vacib məsələ də deyil. Vacib olan odur ki, biz işimizi məsuliyyətlə və şüurlu şəkildə görək.

Rus ədəbiyyatı - bu, nəhəng hadisədir! Bu, qitədir, sən məndən qitə barədə soruşursan?!.. Yaxşı, deyim: Dostoyevski! Bu dahinin mənə nəhəng təsiri olub. Xüsusən də onun fenominal  "Dəlixanadan qeydlər"i... Bir də, əlbəttə ki, "Karamazov qardaşları" və "Cinayət və cəza"... Bu barədə danışmaq çətindir, bunları oxumaq lazımdır. Bundan başqa Turgenevi və Tolstoyu sevirəm. Cavanlıqda nə zamansa Mayakovskini oxumuşam. Çoxdandı onu təkrar oxumuram, amma o zamanlar, altmışıncı illərdə o, bizə çox lazım olanı verdi. Nə vaxtsa Yevtuşenkonu oxuyurduq - o, əsl xarizmatik şəxs idi, sistemə müqavimətin bir hissəsiydi. İndi onu oxumazdım.

Tərcümə etdi: RəbiqəANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb