"Barsa" ilk məğlubiyyəti "Real"dan aldı

11:30 | 26.10.2014
"Barsa" ilk məğlubiyyəti "Real"dan aldı

"Barsa" ilk məğlubiyyəti "Real"dan aldı

İspaniya La Liqasında IX turu çərçivəsində "el Klassiko" oynanılıb.

ANS PRESS-in məlumatına görə, Madriddə baş tutan qarşılaşmada “Real” əzəli rəqibinə qalib gələ bilib. Belə ki, hesabda qonaqlar irəli keçsə də, "Kral klubu" əzmkarlıq sayəsində 3 qol vuraraq 3 xal qazana bilib. 

Qeyd edək ki, "Barselona" 8 tur ərzində məğlub olmamaqla yanaşı, qapısını da toxunulmaz saxlamışdı. Katalonların əzəli rəqibi onlara ilk qol və məğlubiyyət şokunu yaşatdı.

“Real” (Madrid) – “Barselona” - 3:1

Qollar: Neymar, 3 (0:1), Ronaldo, 35-pen (1:1), Pepe, 50 (2:1), Benzema, 61 (3:1)

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb