"Beşiktaş" Mübariz Mənsimovla bağlı açıqlama verdi

11:04 | 18.01.2014
"Beşiktaş" Mübariz Mənsimovla bağlı açıqlama verdi

"Beşiktaş" Mübariz Mənsimovla bağlı açıqlama verdi

Yanvarın 17-də  Türkiyə mətbuatında "Beşiktaş" rəhbərliyinin İdarə Heyətinin dörd üzvündən imtina etməsi ilə bağlı xəbərlər yayılıb.

 

Apasport.az saytının məlumatına görə, həmin şəxslər arasında "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun da adı var idi. Buna münasibət bildirən klub rəhbərliyi  rəsmi saytı vasitəsilə xəbərləri təkzib edib. Qeyd olunub ki, Mənsimovla yanaşı, Zəfər İldırım, İhsan Kalkavan və Turqay Cinerin klubun İdarə Heyətindən uzaqlaşdırılması gündəm mövzusu deyil: “Bu məlumatın heç biri həqiqəti əks etdirmir”.    Qeyd edək ki, "Beşiktaş" rəhbərliyinin 4 nəfər İdarə Heyətindən uzaqlaşdırılmasını türkiyəli jurnalist İbrahim Seten öz twitter səhifəsində paylaşmışdı.

ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb