"Boksun atası" dünyasını dəyişdi

09:20 | 17.01.2014
"Boksun atası" dünyasını dəyişdi

"Boksun atası" dünyasını dəyişdi

Dünya Boks Şurasının prezidenti Xose Suleyman vəfat etdi.ANS PRESS-in AP agentliyinə istinadən verdiyi məlumata görə, Suleyman 83 yaşında Los Ancelesdə, xəstəxanada bu səhər rəhmətə gedib. Suleymanın oğlu Maurisonun danışdığına görə, atası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum prezident ürək xəstəliyindən əziyyət çəkdiyinə görə son aylarını xəstəxanada keçirib. DBŞ təşkilatın rəhbərinin ölüm xəbərini təsdiqləyib və onu “Boksun atası” adlandırıb. Suleyman 1931-ci ildə Meksikada, Livandan gəlmə ailədə doğulub. Boksla 16 yaşından məşğul olmağa başlayıb. 1968-ci ildən təşkilatın rəhbərliyinə seçilib. Qeyd edək ki, Suleyman 6 dildə danışırdı. O, idmançıları zədədən qorumaq üçün bir sıra qaydalar yaradıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb