"Borussiya" yeni futbolçu transfer etdi

19:00 | 17.01.2014
"Borussiya" yeni futbolçu transfer etdi

"Borussiya" yeni futbolçu transfer etdi

"Borussiya" (Dortmund) klubu Cənubi Koreya millisinin futbolçusu Donq-Von Ji ilə heyətini gücləndirib.

Qol.Az-ın məlumatına görə, Dortmund təmsilçisi 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Mövsümə "Sanderlend"in heyətində başlayan Donq-Von Ji bir neçə gün öncə Almaniyanın "Augsburq" klubuna transfer olunub. 2014/2015 mövsümündən etibarən "Borussiya"nın heyətində çıxış edəcək gənc oyunçu əsasən universallığı ilə diqqət çəkir. Belə ki, futbolçu həm hücumda, həm də yarımmüdafiədə inamlı oyunu ilə seçilir. 

Qeyd edək ki, Cənubi Koreya millisinin heyətində 26 oyuna çıxan Donq-Von Ji 8 dəfə rəqib qapılarına yol tapıb. 

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb