"Daşnaksütyun" nümayəndəsi: "Azərbaycan müharibəyə başlaya bilər"

18:23 | 04.07.2014
"Daşnaksütyun" nümayəndəsi: "Azərbaycan müharibəyə başlaya bilər"

"Daşnaksütyun" nümayəndəsi: "Azərbaycan müharibəyə başlaya bilər"

"Azərbaycan tərəfinin diversiya əməliyyatları regionda müharibəyə gətirib çıxara bilər".ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın "Daşnaksütyun" partiyasının siyasi məsələlər üzrə nümayəndəsi Kiro Manoyan bildirib.O, İrəvanda keçirilən mətbuat konfransında Azərbaycan tərəfinin təmas xəttində fəallığı ilə bağlı verilən suala cavabında belə deyib. Manoyan qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən təqdim olunan təkliflərdən narazıdır: "Onlar hər zaman göstərmək istəyir ki, istənilən zaman vəziyyəti dəyişə bilər", - deyə Kiro Manoyan deyib. Qeyd edək ki, Azərbaycana qarşı qatı düşmənçilik mövqeyi ilə seçilən "Daşnaksütyun" partiyasının nümayəndəsi Azərbaycanın aqressiyasından danışsa da bunun tam əksi baş verir. Təkcə elə bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda iki hərbçimizin yaralanması bildirilirdi. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən gecə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.İyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb