"Ərtoğrol Cavid -95" qeyd ediləcək

10:41 | 20.01.2014
"Ərtoğrol Cavid -95" qeyd ediləcək

"Ərtoğrol Cavid -95" qeyd ediləcək

Hüseyn Cavidin ev-muzeyi bu ilin fevralında görkəmli şair və dramaturq Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 95 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu münasibətlə ev-muzeyində bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.Muzeydən AzərTAc-a bildiriblər ki, Ərtoğrol Cavidin şəxsi arxivində saxlanan materiallar əsasında hazırlanan “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin XI və XII cildlərinin nəşr edilməsi planlaşdırılır. Çoxcildliyin XI cildi “Azərbaycan el mahnıları və Ərtoğrol Cavidin çap olunmamış musiqi əsərləri”, XII cildi isə “Balaman məktəbi” adlanır.Yubiley çərçivəsində muzeydə “Cavidlər ailəsinin ensiklopedik zəkası - Ərtoğrol Cavid” mövzusunda elmi sessiyanın keçirilməsi, onun həyat və yaradıcılıq yolunu əks etdirən sərginin nümayiş etdirilməsi də nəzərdə tutulur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM