• $
  • £

"Euronews" Bakıdakı qeyri-adi İDEA yolkasından danışdı - VİDEO

"Euronews" Bakıdakı qeyri-adi İDEA yolkasından danışdı - VİDEO
28.05.2020 21:16
"Euronews" telekanalı “No Comment” rubrikasını IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin yeni layihələrindən birinə həsr edib.Qeyd edək ki, IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanı “Tullantıdan incəsənətə” adlı müştərək layihə həyata keçirib.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanı “Tullantıdan incəsənətə” adlı müştərək layihəni təqdim ediblər.Dekabrın 16-da layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulka toplanaraq, paytaxtın Səməd Vurğun küçəsində Yeni İl ərəfəsində dekorativ Yeni il yolkası hazırlanıb və təqdim olunub.Bu dekorativ yolkanı tullantılardan incəsənət nümunələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri - Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurublar. Layihədə xeyli sayda könüllü də iştirak edib.Hündürlüyü 7, diametri 4,2 metr olan sənət nümunəsi Yeni İl ərəfəsində meşə və parklarda əkilmiş yolka ağaclarını kəsmədən, ətraf mühitə ziyan vurmadan alternativ yollardan istifadə etməklə süni yolkalar əldə etməyin mümkünlüyünü göstərir.Bu dekorativ ağacın ərsəyə gəlməsində istifadə edilmiş butulkalar “Pepsi Azərbaycan” şirkəti tərəfindən toplanıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Mədəniyyət 10:24
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Züleyxa Hacıyeva vəfat edib
Mədəniyyət 21:48
Züleyxa Hacıyeva vəfat edib
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mədəniyyət 15:42
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Mədəniyyət 16:00
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub
Mədəniyyət 14:11
Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət 23:30
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol