"Messi "Barselona"dan ayrılmaq istəsə..."

10:15 | 31.12.2013
"Messi "Barselona"dan ayrılmaq istəsə..."

"Messi "Barselona"dan ayrılmaq istəsə..."

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç " Barselona"nın hücumçusu Lionel Messinin Paris təmsilçisinə transfer olunacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, isveçli oyunçu PSJ-nin argentinalı ulduzu almaq şanslarının olduğunu deyib:"Messi "Barselona"dan ayrılmaq istəsə, PSJ onu transfer edəcək. Hədəfləriniz daha yüksəkdirsə, Messini almalısınız. Onun klubu ilə münasibətləri haqda məlumatım yoxdur. Amma məncə, Messi "Barsa"da xoşbəxtdir".Qeyd edək ki, Paris klubunun Messi üçün 250 milyon avroluq təklif göndərdiyi iddia edilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM