"Obamanın obrazını yaratmağı düşünmürəm"- Denzel Vaşinqton

16:07 | 26.09.2014
"Obamanın obrazını yaratmağı düşünmürəm"- Denzel Vaşinqton

"Obamanın obrazını yaratmağı düşünmürəm"- Denzel Vaşinqton

İspaniyada keçirilən 62-ci San-Sebastian Film Festivalına "Ədalət" ("The Equalizer") filmi ilə qatılan 59 yaşlı tanınmış Hollivud aktyoru Denzel Vaşinqton böyük hörmətlə qarşılanıb. Festivalın açılış tədbirinə qatılan aktyora "Qürur" ödülü təqdim olunub.

ANN.Az xəbər verir ki, hər zaman dünya mediasında mütəvazi, mədəni, ciddi hərəkətləri ilə özünə hörmət qazandıran peşəkar aktyor İspaniya mediasının da müxtəlif suallarına dolğun, ətraflı cavablar verib və yaddaşlara hörmətlə həkk olunub.Vaşinqton ABŞ prezidenti Barak Obama obrazını yaradacağı ilə bağlı dedi-qodulara da son qoyub: "Bu suala belə cavab verirəm: qətiyyən xeyr! İnternetdə yayılmış və əsasə, mənbəsi olmayan bir xəbərdir. Obamanı oynamağı düşünmürəm. Zatən çox tezdir. Hesab edirəm ki, prezident Obamanın görəcəyi hələ çox şeylər var. Hələ vəzifəsini tamamlamayıb".İki dəfə Oskar almasını "Sadəcə istedad bəs eləmir, şans da lazımdır və mən də şanslı adamam. Ailəm, tiatr, kino - bunlar mənim hər şeyimdir" - deyən aktyor bundan sonra teatra daha çox vaxt ayıracağını deyib: "Artıq uşaqlar da böyüyüb və mənim teatra ayıracağım vaxt çoxalıb".ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb