"Qalatasaray"a portuqaliyalı ulduz

20:11 | 27.08.2014
"Qalatasaray"a portuqaliyalı ulduz

"Qalatasaray"a portuqaliyalı ulduz

Sarı-qırmızılı klubda ilk hədəf "Beşiktaş" ilə yollarını ayıran Huqo Almeydadır

"Qalatasaray" yeni hücumçu almaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, "Fənərbaxça" ilə Super Kubok finalında qarşılaşan komandanın xüsusilə hücumda zəif təsir bağışlaması "Qalatasaray" rəhbərliyini hücumçu transferinə yönəldib. Sarı-qırmızılı klubda ilk hədəf "Beşiktaş" ilə yollarını ayıran Huqo Almeydadır. 

Portuqaliyalı ulduz "Qalatasaray"da oynamağa maraqlıdır. Almeydanın kluba keçidi üçün əlavə pul ödənilməsinə ehtiyac olmaması da "Qalatasaray" rəhbərliyini cəzb edir. 

Burak Yılmazın alternativi olaraq heyətdə yer alan Umut Bulut və Berk İsmayıl Ünsal kimi futbolçular baş məşqçini qane etmir.

"Qalatasaray" rəhbərliyi Prandelli razılıq verəcəyi təqdirdə Almeyda ilə danışıqlara başlayacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb