"Qalatasaray"dan şok transfer

14:15 | 02.07.2014
"Qalatasaray"dan şok transfer

"Qalatasaray"dan şok transfer

Türkiyə klubu argentinalı futbolçu Angel Di Marianı almağı hədəfləyib

Türkiyənin “Qalatasaray” klubu hollandiyalı futbolçu Sneyderin yerini argentinalı “sürət maşını” Angel Di Mariana ilə doldurmağı planlaşdırır. 

ANS PRESS-in məlumatına görə, klubun İdarə Heyətinin toplantısında qərara alınıb ki, 30 yaşlı Sneyderi sataraq onun yerinə 26 yaşlı Di Maria alınsın. Sneyder ilə hazırda İngiltərənin “Mançester Yunayted” və Fransanın “Monako” klubları maraqlanır. 

“Qalatasaray” hollandiyalı futbolçunu bu klublardan birinə 26 milyon avroya satmaq niyyətindədir. Onun yerinə isə İspaniyanın “Real Madrid” klubunun oyunçusu Di Marianı transfer etməyi hədəfə alıb.

Qeyd edək ki, “Real Madrid”in Di Marianın yerinə kolumbiyalı futbolçu Ceyms Rodriqezi transfer etmək istədiyi bildirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb