"Qarabağ" - "Dnepr" oyununun biletlərinin satışa çıxarılacaq tarix bilindi

17:00 | 01.11.2014
"Qarabağ" - "Dnepr" oyununun biletlərinin satışa çıxarılacaq tarix bilindi

"Qarabağ" - "Dnepr" oyununun biletlərinin satışa çıxarılacaq tarix bilindi

Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 6-da Ağdamın "Qarabağ" futbol komandası Ukraynanın "Dnepr" kollektivini qəbul edəcək.

AzərTAc xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda "Qarabağ" qeyri-qanuni bilet alveri, saxta bilet satışı ehtimalını nəzərə alaraq xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır. Belə ki, "Qarabağ" - "Dnepr" oyununun biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bu holoqram məxsusi "Qarabağ" üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil.Klub nümayəndələri azarkeşləri bileti fərdi şəxslərdən deyil, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almağa çağırır. Holoqramı olmayan biletlər etibarsız sayılacaq. "Qarabağ" - "Dnepr" oyununun biletləri noyabrın 3-dən satışa çıxarılacaq.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb