"Qarabağ"dan supertransfer: Bundesliqadan gələn var

19:02 | 19.11.2013
"Qarabağ"dan supertransfer: Bundesliqadan gələn var

"Qarabağ"dan supertransfer: Bundesliqadan gələn var

"Qarabağ" qış "transfer pəncərəsi"ndə heyətini gücləndirmək niyyətindədi. ANN.Az futbol11.az saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası hazırda Almaniyanın "Volfsburq" klubunda forma geyinən Felipe Lopesi diqqət mərkəzində saxlayır. "Qarabağ" qışda braziliyalını heyətinə qatmaq istəyir. Bu məqsədlə məhz komandanın braziliyalıları vasitəçi kimi istifadə olunur.

Lopes karyerasına Braziliyanın "Quarani" klubunda başlayıb (2005-2006, 24 oyun). 26 yaşlı mərkəzi müdafiəçisi 2006-cı ildə Belçika "Anderlext"inə keçsə də, heyətdə özünə yer edə bilməyib və Portuqaliyanın "Nasional" klubuna üz tutub. O, 5 il ərzində bu klubun heyətində 98 oyuna çıxaraq 4 qola imza atıb. 2012-ci ildə "Volfsburq"a transfer olunan Lopes Bundesliqa klubunda 14 oyun keçirib. O, 2012/13 mövsümün ikinci yarısında icarə əsasında top qovuduğu "Ştutqart"da 3 oyuna çıxıb. Cari mövsümün əvvəlində "Volfsburq"a dönən mərkəz müdafiəçisi daha çox ehtiyatda qalır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM