"Qarabağ"la oyunda Messi və Ronaldo da bizə kömək edə bilməzdi"

16:59 | 24.10.2014
"Qarabağ"la oyunda Messi və Ronaldo da bizə kömək edə bilməzdi"

"Qarabağ"la oyunda Messi və Ronaldo da bizə kömək edə bilməzdi"

"Əlbəttə, pis oynadıq. Əks-hücumdan qol buraxdıq. Bilirdik ki, "Qarabağ" müdafiədən oynayacaq. Güclü cəhətlərimizi öyrənib, cinahları bağlayacaqlar. Belə də oldu və bizi əks hücumda yaxaladılar. İkinci hissədə vəziyyəti xeyrimizə dəyişməyə çalışdıq. Ancaq qatar artıq getmişdi".Qol.Az-ın məlumatına görə, bu sözləri "Dnepr"in futbolçusu Artyom Fedetski Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyundan (0:1) sonra yerli mətbuata açıqlamasında deyib.Təcrübəli oyunçusu hətta dünyanın ən yaxşı iki futbolçusu - Lionel Messi və Kriştiano Ronaldonun da bu görüşdə onlara kömək edə bilməyəcəyini deyib: "Qol vəziyyətləri yaratdıq, amma real epizodlar deyildi. Bu oyunda hətta Lionel Messi və Kriştianu Ronaldo da bizə kömək edə bilməzdi. Avropa Liqasında niyə görə qol vura bilmədiyimizi anlamıram. Ölkə çempionatında çox qol vursaq da, Avroliqada artıq üçüncü matçımızdır ki, fərqlənə bilmirik. "Qarabağ" yaxşı təhlil etmişdik. Onların necə komanda olduğunu, "Sent-Etyen" və "İnter"lə görüşlərdə yaxşı oynadıqlarını bilirdik".Fedetski stadiona gələn azarkeşlərin azlığından gileylənib: "Bu gün baxdım ki, stadiona 3000 azarkeş gəlmişdi ki, onların 2800-ü “Qarabağ”ın tərəfdarları idi. Gülməlidir. Fikrimcə, biz “Obolon” və yaxud “Dinamo” stadionunda oynasaydıq, daha yaxşı olardı. Çünki “Olimpiyski” stadionunda sanki yoldaşlıq matçına çıxmışdıq. Azarkeş yox idi. Artıq cavab matçına hazırlaşmalıyıq. Bilirik ki, orada anşlaq olacaq. "Qarabağ" qrupdan çıxmaq üçün hər şeyi edəcək. Həmçinin doğma azarkeşləri önündə bu qələbənin təsadüfi olmadığını sübut etməyə çalışacaqlar".ANN.Az   
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb