"Qəbələ" "Arsenal"ın futbolçusunu transfer edir

15:19 | 30.12.2013
"Qəbələ" "Arsenal"ın futbolçusunu transfer edir

"Qəbələ" "Arsenal"ın futbolçusunu transfer edir

"Qəbələ"nin qış transferi pəncərəsində heyətinə qatacağı ilk futbolçunun adı məlum olub.Bu barədə Qol.Az-a açıqlama verən klubun baş meneceri Zaur Əzizov ötən mövsüm Kiyev "Arsenal"ında çıxış edən Rafael Santosla razılığa gəldiklərini deyib.O bildirib ki, "Qəbələ"nin yanvarın 5-də başlayacaq  Türkiyədəki təlim-məşq toplanışından iştirak edəcək braziliyalı müdafiəçi orada tibbi müayinədən keçəcək. Sonra isə onunla iki illik müqavilə imzalanacaq.Qeyd edək ki, R.Santos indiyə kimi "Ponter-Preta", "Atletiko Paranaense", "Vitoriya", "Bolonyo"da çıxış edib. Onun son komanfası isə Kiyev "Arsenal"ı olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM