"Qəbələ"nin sabiq baş məşqçisi "Trabzonspor"da

13:00 | 15.07.2014
"Qəbələ"nin sabiq baş məşqçisi "Trabzonspor"da

"Qəbələ"nin sabiq baş məşqçisi "Trabzonspor"da

"Trabzonspor"un yeni baş məşqçisi Vahid Halilhodziçin köməkçiləri müəyyənləşib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, səkkiz nəfərlik yeni məşqçi heyətində "Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak da yer alıb.

F.Kavlak özü də "Facebook" hesabından "Trabzonspor"da işləyəcəyini təsdiqləyib.

Qeyd edək ki, F.Kavlak 2009/10 mövsümündə "Qarabağ"da köməkçi məşqçi, 2011-ci ilin noyabrından 2012-ci ilin sentyabrına qədər isə "Qəbələ"də baş məşqçi kimi fəaliyyət göstərib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb