"Real Madrid" kuboku qazanmağa peşman oldu

13:23 | 28.05.2014
"Real Madrid" kuboku qazanmağa peşman oldu

"Real Madrid" kuboku qazanmağa peşman oldu

"Kral klubu" klubu futbolçularına mükafat kimi 30 milyon avro ödəyəcək

ANS PRESS-in məlumatına görə, Çempionlar Liqasında istəyinə çatan "Kral klubu" imzalanan müqavilələrə əsasən texniki heyət və futbolçulara yüksək miqdarda pul ödəmək məcburiyyətində qalıb."Real Madrid" Çempionlar Liqasın kubokunu qazansa da ödəyəcəyi mükafatla büdcəsi xeyli azalacaq. Klub hər futbolçusuna 600 min avro mükafat verəcək. "Real Madrid" klubu İspaniya Kral kubokunu da qazanaraq komanda heyətinə xeyli miqdarda pul xərcləyib. Belə ki, "kral klubu" komanda heyətinə əlavə 60 min avroluq mükafat verib.Əgər klub İspaniya La Liqasını da qazanardısa oyunçuların hər birinə 250 min avro daha ödənəcəkdi. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb